10 yanvar 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların emalına başlayacaqdır. Elektron viza 3 (üç) iş günü müddətində verilir, 30 gün müddətində qüvvədə olacaq və bunun üçün ödəniş 20 $ təşkil edir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az saytında elektron viza üçün ətraflı məlumat ala və müraciət edə bilərlər